“Müasir gənclik 20 Yanvar qəhrəmanlarının varisidir” adlı tədbir
Masallı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilməyə davam edir.
Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi, Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Müasir gənclik 20 Yanvar qəhrəmanlarının varisidir” adlı tədbir keçirilib.
Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq uğrunda mübarizəsindən danışıb. Gülcahan Vəkilzadə çıxışına davam edərək bildirib ki, yalnız 1993-cü ildən sonra, ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanıb.
Sonra Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov 20 Yanvar faciəsinin Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini nümayiş etdirdiyini deyib, ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu vurğulayıb.
GİKM-in Masallı nümayəndəliyinin əməkdaşı Məlik Nuriyev 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsi olmaqla, tariximizə azadlıq salnaməsi kimi daxil olduğunu qeyd edib