Şriftin ölçüsü :

Saytın rəngi :

“Mübahisələrin ən asan həlli yolu mediasiyadan keçir” mövzusunda maarifləndirici tədbir

14 aprel 2025 | 18:12

Masallı RİHB-nin Ərkivan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Masallı Mediasiya Təşkilatının təşəbbüsü ilə “Mübahisələrin ən asan həlli yolu mediasiyadan keçir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Zamin Məmmədov, Masallı RİHB-nin Ərkivan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi Mircavad Tağıyev, Masallı rayon 1 saylı mediasiya təşkilatının rəhbəri Xanhüseyn Səmədov və mediator Yəhya Əhmədov iştirak ediblər.

Tədbirdə Masallı RİHB aparatının nümayəndəsi Zamin Məmmədov və Masallı rayon 1 saylı mediasiya təşkilatının rəhbəri Xanhüseyn Səmədov çıxış edərək mediasiyanın tətbiqi və üstünlükləri barədə tədbir iştirakçılarına məlumatlar vermişlər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və iştirakçılara mediasiya ilə bağlı maarifləndirici bukletlər paylanıldı.

Keçidlər