“Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”
20 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı şəhər 1 saylı məktəb ərazi partiya təşkilatında Dövlət Müstəqilliyi günü münasibəti ilə “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda fəallarla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı şəhər 1 saylı məktəb ərazi partiya təşkilatın sədri, Şəhid anası Mehriban Sultanova açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi haqqında əhatəli məlumat verən Mehriban Sultanova bugünkü müstəqil və bütöv Azərbaycanın ulu öndərin şah əsəri olduğunu qeyd edib. “Bu gün müstəqil Azərbaycan dövləti özünün davamlı inkişaf dövrünü yaşayır və bu inkişafın təməlində ulu öndər Heydər Əliyev siyasi kursu dayanır. Ulu öndərin siyasi kursunu isə cənab Prezident İlham Əliyev uğurla həyata keçirir. Artıq Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad edib və həmin torpaqlarda sürətli bərpa quruculuq işləri həyata keçirilir”.
Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Ulu Öndərin həyat yoluna nəzər salıb, onun Azərbaycan xalqının müasir tarixində oynadığı önəmli roldan danışıb. Təşkilat sədri böyük şəxsiyyət Heydər Əliyev tərəfindən intellektual nəslin formalaşması istiqamətində ardıcıl addımların atıldığını bildirib. Qeyd edib ki, onun zəngin dövlətçilik irsi hər kəs üçün böyük nümunədir. Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti hər bir Azərbaycan vətəndaşı üçün fəxr və qürur mənbəyidir.
Azərbaycan tarixinin Heydər Əliyev dövrünün ölkə həyatında əhəmiyyətini vurğulayan Seyfəddin Əliyev bildirib ki, dinamik inkişaf edən və ildən-ilə beynəlxalq nüfuzu yüksələn müasir Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün uğurların bünövrəsi dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
Ölkəmizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən Seyfəddin Əliyev hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə Sahil Fərzəliyev, Zülfiyyə Cəbiyeva və başqaları çıxış edərək ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan dövləti haqqında öz fikirlərini bölüşmüş, ölkəmizin gələcək inkişafı naminə cənab Prezident İlham Əliyevin ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında daha sıx birləşməyin vacibliyini qeyd etmişlər.