Şriftin ölçüsü :

Saytın rəngi :

Muzeydə “Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” başlığı altında dəyirmi masa

14 iyul 2023 | 16:39

İyulun 14-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “14 iyul-1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” başlığı altında dəyirmi masa keçirildi.

Muzeydə keçirilən tədbirdə adı çəkilən müəssisənin əməkdaşları iştirak etdilər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru Əntiqə Tağıyeva və Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək  Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıb əlavə etdilər ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur.

14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanda siyasi cəhətdən yüksəlişə istiqamətlənən gündür.  İstər Sovetlər Birliyi, istərsə də Müstəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mübarizə devizi və həyat idealı olmuşdur.  Natiqlər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilası, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandan bir gün olduğunu xüsusi qeyd etdilər.

Keçidlər