Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiksiz sağlam gələcək naminə” mövzusunda tədbir keçirildi

08 iyun 2023 | 18:19

Masallı Tarix Diyarşünaslıq Muzeyi, Masallı rayon Polis Şöbəsinin birgə təşkilatçılığı və Masallı Təhsil sektorunun dəstəyi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nın icrası ilə əlaqədar olaraq E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbində “Narkotiksiz sağlam gələcək naminə” mövzusunda tədbir keçirildi. Tədbirdə müəllim və şagirdlər iştirak etdilər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru Əntiqə Tağıyeva və Masallı Polis Şöbəsinin baş inspektoru kapitan Samid Əliyev cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaratmasından, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyanın silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan,cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilməsindən geniş məlumat verdilər.

 Sonra məktəbin direktoru İlham Ağayev narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün təminat, bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqliyindən danışaraq şagirdlərə tövsiyələr verdi.

Yekunda şagirdləri mövzu ilə bağlı verdikləri suallar cavablandırılaraq xatirə şəkilləri çəkildi.

Keçidlər