Nazir müavini Masallı rayonunda vətəndaşları qəbul edib
09 sentyabr 2022 | 15:52
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Masallı rayon sakinlərini qəbul edib.
Müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.