Şriftin ölçüsü :

Saytın rəngi :

Ninalov kəndində yeni çəkilmiş qaz xəttinin açılışı mərasimi

22 noyabr 2023 | 18:13

Masallı rayon Sığdaş ərazisinin Ninalov kəndində yeni çəkilmiş qaz xəttinin açılışı mərasimi keçirilmişdir.

Açılış mərasimində Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov, Azəriqaz İB Lənkəran Rİ rəhbərliyi, Masallı RQİ xidməti sahəsinin rəhbərliyi, media və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Ninalov kəndi ucqar dağ relyefli ərazidə yerləşir. Kənddə 77 ev vardır. Kəndin əhalisinin sayı 420 nəfərdir.

Kənd sakinlərinin sevinc hissi yaşadığının şahidi olduq. Hər biri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı RİHB cənab Araz Əhmədova və Azəriqaz İB rəhbərliyinə sonsuz təşəkkürlərini bildirdilər.

Keçidlər