“Ömrünü xalqına həsr edən Heydər Əliyevlə qurur duyur və yad edirik” mövzusunda tədbir
Dekabrın 12-də Masallı Tarix -Diyarşünaslıq Muzeyində Ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar olaraq “Ömrünü xalqına həsr edən Heydər Əliyevlə qurur duyur və yad edirik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Muzeyinin direktoru Əntiqə Tağıyeva Heydər Əliyevin həyat və fəaliyyəti haqqında genış məlumat verdi.
Daha sonra Şərəfə kənd tam orta məktəbin direktoru Gülcan Kərimova dahi şəxsiyyət Heydər Əliyevlə bağlı fikirlərini səsləndirdi.
Tədbirin sonunda sagirdlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən “Salnamə” sənədli filmi izlədikdən sonra muzeyə ekskursiya etdilər.