Şriftin ölçüsü :

Saytın rəngi :

Ömür karvanı-ziyalı cütlüyü ilə görüş

15 fevral 2023 | 15:20

Masallı Tarix- Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ziyalıların gənc nəsillərə tanıdılması məqsədilə “Ömür karvanı” başlığı altında Polis ailəsi, ziyalı Məmmədağa və Validə Şiriyevlər ailəsi ilə gənclərin görüşü keçirildi. Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət işçiləri, yeniyetmə və gənclər iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru Əntirə Tağıyeva Polis, polkovnik-leytenant Məmmədağa Şiriyev və onun həyat yoldaşı, polis mayoru Validə Şiriyevin birgə həyat hekayələri, yaşadıqları çətinliklər, cəmiyyətə və dövlətə yararlı vətəndaş olaraq tutduqları mövqelərdən geniş məruzə etdi.

Sonra bütün həyatını dövlətin xidmətinə sərf edən, gənclərin və veteranların dostu Məmmədağa Şiriyev, onunla çiyin-çiyinə çalışan ömür- gün yoldaşı, həyatda paqondaşı, şevimli ana, qayğıkeş nənə Validə xanım Şiriyeva çıxış edərək özlərinin keçdikləri birgə ömür yolundan və bu qoşa ziyalı həyatından gənclərimizin tərbiyələnə biləçək sirlərindən danışdılar. Həyatda dost, işdə polis qaydası ilə ömrün 50 ilini birgə addımlayan ziyalı cütlüyümüz yeniyetmə və gənclərə öz tövsiyələrini vermiş oldular.

GİKM Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva çıxış edərək ziyalı Şiriyevlər ailəsinin həyat hekayəsinin hər bir gəncə ibrət ola biləcək həqiqi dastan və mənalı iki insan ömrü olduğunu söyləyərək, müasir gənclərin məs belə ziyalılardan bəhrələnməsini tövsiyə etdi.

Ziyalı ailəsi təşkilatçılar tərəfindən “Təşəkkürnamə” və hədiyyələrlə mükafatlandırılaraq xatirə şəkilləri çəkdilər.

Keçidlər