Şriftin ölçüsü :

Saytın rəngi :

Öncəqala kəndində şəhid küçəsi asfaltlandı

28 dekabr 2022 | 21:18

Masallı rayonunda şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Belə ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədovun tapşırığı ilə 47 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən rayonun Öncəqala kəndində Qarabağ Müharibəsi şəhidi Məmmədov Ətrafil Mürüvvət oğlunun adına olan küçəyə və şəhidin ailəsinin yaşadığı həyətə asfalt örtüyü döşənmişdir.

Şəhidin ailəsi və yaxınları, qəhrəman şəhidlərin xatirəsinə, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Masallı rayon İcra Hakimiyyətinin Başçısına və zəhməti olanların hər birinə dərin minnətdarlığını ifadə etdilər.

Keçidlər