Şriftin ölçüsü :

Saytın rəngi :

“Onlar vətən uğrunda vuruşmuşlar” layihəsi çərçivəsində tədbir

27 yanvar 2023 | 18:05

Yanvarın 27-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Onlar vətən uğrunda vuruşmuşlar” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə  təşkilatçı müəssisələrin əməkdaşları , Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyin Masallı rayon filialının  (QMƏVŞAİB) sədri Nahid Pəhimov, yanvar ayında anım günləri olan şəhidlərin valideynləri və doğmaları iştirak etdi.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva  layihənin məqsədindən və yanvar ayında anım günü olan rayonun 33 şəhidi haqqında geniş çıxış etdi.

Sonra QMƏVŞAİB sədri Nahid Rəhimov Birinci Qarabağ və Vətən Müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, onlarının həyat və döyüş yolunun öyrənilib təbliğ edilməsi işinin vacibliyindən danışdı.

Şəhid atası Bahəddin Ağayev,  şəhid qardaşı Hacıbala Məlikov, Əflan Məlikov,  Muxtar Abbasov, Ələsgər Ələsgərov, Bədəlov Əfqan, Səfərov Sahil, Şahin Qənbərov,  Salman Əliyev çıxış edərək əzizləri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüş oldular.

Keçidlər