Şriftin ölçüsü :

Saytın rəngi :

“Peşə təmayüllü siniflərin təşkili” layihəsinin şagirdlərinə Milli Qurtuluş günü ilə bağlı mühazirə oxunub

09 iyun 2022 | 18:12
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə rayonun S.Tağıyev adına 4 nömrəli tam orta məktəbində fəaliyyət göstərən “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin şagirdləri üçün “15 iyun Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda mühazirə oxunub.
 
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi uzaqgörən siyasətindən bəhs edib. Mühazirə çərçivəsində qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn dahi lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib. 
Daha sonra G.Vəkilzadə Ümummilli Liderin təhsilə, uşaqların və gənclərin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
 
Mühazirə layihənin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb.
Layihənin şagirdləri və kollektiv faydalı və maraqlı mühazirəyə görə Masallı rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildiriblər.
Keçidlər