Şriftin ölçüsü :

Saytın rəngi :

Polis işçilərinin peşə bayramı qeyd olunub

01 iyul 2022 | 20:17

1 iyul 2022-ci il tarixdə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində polis işçilərinin peşə bayramı qeyd olunub.
Əvvəlcə Heyər Əliyev Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi və eyni zamanda, şəhər ərazisindəki Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi böyük ehtiramla yad edilib, önünə çiçək dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Şahin Məmmədov polis işçilərini peşə bayramı münasibətilə təbrik edib. Azərbaycan polisinin keçdiyi çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan söhbət açan Ş.Məmmədov Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə hər il iyulun 2-si gününün polis işçilərinin peşə bayramı günü təsis edildiyini diqqətə çatdırıb, Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətləri qeyd edib, 44 günlük Vətən müharibəsindəki  Qələbəmizindən söhbət açıb.
Sonra Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayevin məruzəsi dinlənilib.
Tədbirdə  Masallı rayon Prokuroru Vəli Mustafayev, Masallı rayon Məhkəməsinin sədri Firdovsi Əliyev, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, iki şəhid anası Ziba Əsgərova, şəhid anası, Masallı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru vəzifəsini icra edən Mehriban Sultanova, Masallı rayon Vəkil bürosunun müdiri Tofiq Şahmarov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı rayon Təhsil Sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Samit İslamov, Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Xanbaba Hüseynov, Masallı rayon İdman və Gənclər İdarəsinin rəisi Sabiq Cahangirov, «Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır.
Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup işçisinə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı RPŞ-nin Fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.

Keçidlər