Şriftin ölçüsü :

Saytın rəngi :

Qarğalıq kəndində şəhid adına küçə asfaltlandı

26 dekabr 2022 | 20:45

Masallı rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü və tapşırığı ilə Qarğalıq kəndində Qarabağ Müharibəsi şəhidi Xanlar Xudaş oğlu Məmmədovun adına olan küçəyə və şəhidin ailəsinin yaşadığı həyətə 47 saylı Yol İstismar idarəsi tərəfindən ümumilikdə 510 kv.metr asfalt örtüyü döşənmişdir.

Şəhidin ailəsi, Vətən uğrunda canından keçən qəhrəman oğulların xatirəsinə, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Masallı rayon İcra Hakimiyyətinin Başçısına və zəhməti olanların hər birinə dərin minnətdarlığını ifadə etdilər.

Keçidlər