“Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində tədbir
Masallı Tarix-Diyarşünaslıq Muzeyi “Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsindən növbəti tədbirini keçirtdi. Vətən müharibəsi iştirakçılarının məktəblilərlə növbəti görüşü Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbində təşkil olundu. Tədbirdə mədəniyyət işçiləri, Vətən müharibəsi qaziləri, məktəbin müəllim və şagirdlər iştirak etdilər.
Məktəbə qonaq gələn Vətən müharibəsi iştirakçıları məktəblilər tərəfindən böyük coşqu və sevgi ilə qarşılandılar.
Tədbir öncəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin başlanması, ordumuzun qazandığı uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verdi. O qeyd etdi ki, Vətən müharibəsində qazandığımız böyük Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və igid, fədakar, Vətən uğrunda misilsiz cəsarəti sayəsində mümkün olub. Ə. Tağıyeva torpaqlarımız uğrunda sağlamlığını itirən qazilərin hər birimiz üçün örnək olduğunu xüsusi vurğuladı.
Sonra çıxış edən Vətən müharibəsinin iştirakçıları Qəzənfərli Taleh, Ağayev Rövşən, Məmmədov Cahangir, Əzizov Qüdrət və sair keçdikləri çətin, şərəfli döyüş yolundan , müharibədə şəhid olmuş əsgər yoldaşları barədə və cəbhə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.
Daha sonra tədbir iştirakçıları şagirdlərin ifasında şəhidlərə və müharibəyə həsr olunmuş şeyrləri dinlədilər.
Tədbirin sonunda məktəbin direktoru Yəhyayeva Mənijə tədbir təşkilatçılarına və Vətən müharibəsi iştirakçılarına minnətdarlıqlarını ifadə etdi.