Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Bəylər Məmmədovu ziyarət

14 dekabr 2022 | 10:00

“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ Müharibəsi qazisi Məmmədov Bəylər İlham oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Məmmədov Bəylər İlham oğlu 03 sentyabr 1999-ci il tarixində Masallı rayon Qızılağac kəndində anadan olmuş, 2005-2016-ci illərdə Masallı rayon Qızılağac kənd 2 saylı orta məktəbində təhsil almış, 2017-2019-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız 3-cü qrup əlildir. Məmmədov Bəylər İlham oğlu 21 sentyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Füzuli, Cəbrayıl, Xocəvənd və Şuşa rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qazimiz Daşaltı istiqamətində gedən döyüşdə yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Məmmədov Bəylər İlham oğlu “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Keçidlər