Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Kənan Məmmədovu ziyarət

13 yanvar 2023 | 17:17

13 yanvar 2023-cü il tarixində “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ Müharibəsi qazisi Məmmədov Kənan Sərraf oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Məmmədov Kənan Sərraf oğlu 25 avqust 1999-cu il tarixində Masallı rayon Sərçuvar kəndində anadan olmuş, 2005-2016-ci illərdə Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbində təhsil almış, 2017-2019-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız 2-ci qrup əlildir. Məmmədov Kənan Sərraf oğlu 01 oktyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Füzuli, Cəbrayıl, Xocəvənd və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qazimiz Xocəvənd rayonunun azadlığı uğrunda gedən döyüşdə sol ayağından ağır yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Məmmədov Kənan Sərraf oğlu “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Keçidlər