Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Orxan Məmmədovu ziyarət

26 dekabr 2022 | 20:24

26 dekabr 2022-ci il tarixində “Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ Müharibəsi qazisi Məmmədov Orxan Seyran oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Məmmədov Orxan Seyran oğlu 2007-2016-ci illərdə Masallı rayon Səməd Vurğun adına Türkoba kənd orta məktəbində təhsil almış, 2019-2021-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız 3-cü qrup əlildir. Qəhrəmanımız ll Qarabağ Müharibəsində Talışkənd, Qubadlı, Laçın və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Məmmədov Orxan Seyran oğlu “Laçının azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Keçidlər