Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi davam edir

12 may 2022 | 12:02

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi Şahəliyev Elnur Mahir oğlunu ziyarət etmişlər. Ziyarət zamanı Qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirdi.

Şahəliyev Elnur Mahir oğlu 2002 ci il Aprel ayının 18-də Masallı rayonunun Sığıncaq kəndində anadan olmuşdur. 2008 - 2019 cu illərdə Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbində təhsil almışdır. 2020 ci il 07 May tarixində çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 2020 ci ilin 08 Noyabr ayında ordu sıralarından tərxis olunub.

Şahəliyev Elnur Mahir oğlu 27 sentyabr 2020-ci il tarixdə ll Qarabağ Müharibəsində Murov istiqamətində və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.
Qazimiz Murov istiqamətinin azadlığı uğrunda gedən döyüşdə ayağından ağır yaralanmışdır. Subaydır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Şahəliyev Elnur Mahir oğlu “Kəlbəcər Rayonun Azad Olunması” və “Hərbi Xidmətlərə Görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər