Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi davam etdirilir

25 may 2022 | 19:10

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi qazisi Əzizov Qüdrət Şirvan oğlunu ziyarət ediblər. Ziyarət zamanı Qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirdi.

Əzizov Qüdrət Şirvan oğlu 30 Dekabr 1991 ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olmuşdur. 1996-2007 ci illərdə Masallı rayon N.Səmədov adına Sirəbil kənd ümumi orta məktəbində təhsil almışdır.

03 Yanvar 2010 ci il tarixində çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 06 Sentyabr 2021 ci il tarixində ordu sıralarından tərxis olunub.

Əzizov Qüdrət Şirvan oğlu 27 sentyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Füzuli, Cəbrayıl, Şuşa, Xocəvənd rayonlarnın azadlığı və həmçinin Daşaltı və Hadrut istiqamətləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qazimiz Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşdə ayağından ağır yaralanmışdır. Evlidir və 2 övladı var.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən Əzizov Qüdrət Şirvan oğlu “Şuşanın azad olunmasına görə” “Hərbi Xidmətdə Fərqləndiyinə Görə” 3-cü dərəcəli medal, “Şücaətə Görə” və “Qüsursuz Xidmətə Görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur.

 

Keçidlər