Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanlarımızı Tanıdaq

02 iyul 2022 | 08:03

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ Müharibəsi Qazisi əkiz qardaşlar Həsən və Hüseyni ziyarət ediblər.

Əkiz qardaşlar müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb. Vətən Müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildiriblər.

2002-ci il təvəllüdlü Həmidov qardaşları Masallı rayon Əhmədli kəndində anadan olublar. 2008-2017 ci illərdə Masallı rayon Əhmədli kənd M.Abuşov adına ümumi orta məktəbində təhsil alıblar. Qəhrəmanlarımız 2020 ci il May ayında çağırışçı kimi hərbi xidmətə yollanmış, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdiriblər.

2002-ci il təvəllüdlü Həmidov qardaşları ll Qarabağ Müharibəsində Füzuli və Xocəvənd rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişlər. Qazi Həmidov Hüseyn Füzuli istiqamətində gedən döyüşlərdə gözündən və ayağından, Qazi Həmidov Həsən isə sol qolundan ağır yaralanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən əkiz qardaşlar Həmidov Həsən Alim oğlu

və Həmidov Hüseyn Alim oğlu

“Füzuli Rayonun Azad Olunması”

"Xocəvənd Rayonun Azad Olunması" və

"Cəsur Döyüşçü" medalları ilə təltif olunmuşdurlar.

Keçidlər