“QİÇS və digər yolxucu xəstəliklərlə mübarizə” mövzusunda tədbir
Masallı Dövlət Regional Kollecində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi,cənub zonası üzrə kurator Dilşad Mahmudovanın təqdimatında QİÇS və digər yolxucu xəstəliklərlə mübarizə tədbirlərinin maarifləndirməsi məqsədi ilə tədbir keçirilmişdir. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nigar Kərimova,kollecin direktor müavini Dilarə Hüseynova iştirak edirdi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən kollecin müavini D.Hüseynova tələbələrin maarifləndirmə məqsədi ilə təşkil olunan təbliğat xarakterli tədbirlərin keçirilməyinin vacibliyinindən danışdı.
Daha sonra çıxış edən Dilşad Mahmudova insan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması ,Azərbaycanda bu problem aktual olaraq daim Səhiyyə Nazirliyinin nəzarətində olmasından, infeksion narkotik vasitələrin istifadəçiləri və digər yolxucu xəstəliklərlə mübarizə aparmaq, QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycanda mübarizə tədbirlərindən danışdı.
Tələbələrin çoxsaylı sualları cavablandırıldı.
Sonda iştirak edib tələbələrdən qan nümunələri götürülərək yolxucu xəstəliklərə qarşı yerində müayinə aparılmışdır.