Qızılağac kəndi ərazisində səyyar-görüş qəbulu
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Fətullayev Vidadi Rüstəm oğlu, Əhmədov Sərxan Murad oğlu, Xankişiyev Tofiq Sabir oğlu, Abbasov Anar Fazil oğlu, Əsgərov Hikmət Hacağa oğlu, Nəsirov Amil Zəfər oğlu, Ələkbərov Elnur Nemət oğlu və başqaları çıxış edərək Kəndin içməli suyla təmin olunası, Qızılağac kənd 2 saylı tam orta məktəbin təmir olunması, Kəndin təsərrüfat suyu ilə təmin olunması, İcarə torpaq sahəsi ilə təmin olunması, İş ilə təmin olunması, Vətən müharibəsi veteranı statusu ala bilməməsi və s. məsələlər barədə müraciət etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.