Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılağac kəndində “Taxıl biçininin vaxtında başa çatdırılması və tərəvəz əkininin artırılması ilə bağlı qarşıda duran vəzifələr” mövzusunda müşavirə

27 iyun 2024 | 15:22

27 iyun 2024-cü il tarixdə Masallı rayonunun Qızılağac kəndində “Taxıl biçininin vaxtında başa çatdırılması və tərəvəz əkininin artırılması ilə bağlı qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov açaraq rayonda Taxıl biçininin vaxtında başa çatdırılması və tərəvəz əkininin artırılması ilə bağlı qarşıda duran vəzifələr barədə çıxış etmişdir.

Sonra Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Nazim Şahbazov “Taxıl biçininin vaxtında başa çatdırılması və tərəvəz əkininin artırılması ilə bağlı qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir.

Müşavirədə Bitki mühafizə və fumiqasiya mərkəzinin rəisi Sakit Məmmədov, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov, “Aqroservis” ASC-nin Masallı-Yardımlı rayonları üzrə bölməsinin rəhbəri Hikmət Xəlilov, fermerlərdən Qızılağac kənd sakinləri Tofiq İsmayılov və Zamin Abbasov, Kəlbəhüseynli kənd sakini Əlguşad Məmmədov,  Xırmandalı kənd sakini Qulu Gözəlov və başqaları çıxış edərək Masallı rayonunun aqrar rayon olması və əkinçiliyin inkişaf etdirilməsi üçün fermerlərə göstərilən dövlət dəstəyi, həmçinin əkin sahələrindən səmərəli istəfadə barədə fikirlərini bölüşmüşlər.

Tədbir qarşılıqlı diskusiya şəraitində davam etmiş və sonda əkin sahələrinə baxış keçirilmişdir.

Keçidlər