Şriftin ölçüsü :

Saytın rəngi :

Qurtuluşdan Zəfərə...

09 iyun 2022 | 18:21

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı, Masallı Rayon İcra Hakimiyyəti, Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı rayon Gənclər və İdman İdarəsi və Masallı Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə YAP Masallı rayon təşkilatı aparatında 15 iyun “Milli Qurtuluş Günü” gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda partiya veteranları və gənclər arasında debat keçirilmişdir.

Görüşdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Gənclər Evi SXM-nin müdiri Fuad Mənsimov, YAP veteranları və fəal gənclər iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev iştirakçıalrı salamlamış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında geniş məlumat vermişdir.

“Qurtuluşdan Zəfərə” mövzusunda keçirilən debatda (müzakirə) Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, partiya vetaranlarından Cəmaləddin Ağayev, Əfrail Fərziyev, Ehtibar Sadıqov, Rafiq Bağırov və başqaları fəal gənclər tərəfindən ünvanlanan, əsasən  Yeni Azərbaycan Partiyasının yaranması, 1991-1993 illərdə ölkədə xaos, anarxiya, torpaqların itirilməsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası haqqında sualları cavablandırıblar.

Görüşdə eyni zamanda azərbaycançılıq məfkurəsinin mahiyyətindən, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılıb.

Keçidlər