Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Mərkəzi Kitabxanasında Şəhidin doğum günü qeyd olundu

14 iyun 2022 | 17:01
Masallı rayon Mərkəzi Kitabxanasında şəhid Nayib Qasımovun anadan olmasının 25 illiyinə həsr olunmuş “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı rayon Fayəddin Xancanov adına Musaküçə kənd tam orta məktəbinin müəllim və şagird kollketivi iştirak edib.
Kitabxananın əməkdaşı Şəmsurə Nəsirova şəhidlərin xatirəsinə həsr olunmuş sərgi önündə çıxış edərək 44 günlük Vətən müharibəsi və şəhid Nayib Qasımovun keçdiyi şərəfli döyüş yolu haqqında iştirakçılara məlumat verib.
Məlumat üçün bildirək ki, Qasımov Nayib Akif oğlu 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində doğulub. 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Tovuz döyüşlərində iştirak edib. 2020-ci ilin oktyabr ayının 6-da Cəbrayıl döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
Keçidlər