Rayon rəhbəri abadlıq quruculuq işləri ilə yerində tanış oldu
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov rayon ərazisində aparılan abadlıq quruculuq işləri ilə yerində tanış olmuşdur.
Belə ki, rayon rəhbəri Masallı şəhəri Məhəmməd Füzuli küçəsində aparılan abadlıq və yenidənqurma işləri tanış olmuşdur. Masallı şəhərinin mərkəzi küçələrindən olan M.Füzuli küçəsi ilə bağlı vətəndaşlar tərəfindən mütəmadi olaraq müraciətlər daxil olurdu. Bununla əlaqədar olaraq rayon rəhbərinin göstərişi ilə şəhərin M.Füzuli küçəsində abadlıq quruculuq işlərinə başlanıldı, küçənin hər iki tərəfindən piyada səkiləri bərpa olundu, küçəyə asfalt örtüyü döşəndi və küçə müasir işıqlandırma sistemi ilə təchiz olundu.
Əlavə olaraq İcra Hakimiyyətinin Başçısı rayonun Ərkivan qəsəbəsində və Şatıroba kəndində şəhid adına olan küçələrə asfalt örtüyünün döşənməsi işləri ilə də yerində tanış oldu.
Şəhid ailələri, şəhər, qəsəbə və kənd sakinləri rayon ərazisində görülmüş abadlıq-quruculuq işlərinə görə Ölkə rəhbəri Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon İcra Hakimiyyətinin Başçısı və zəhməti olanlara minnətdarlıqlarını ifadə etmişlər.