Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Bala Kolatan kəndində inşa olunmuş stadiona baxış keçirib

01 iyul 2026 | 17:28

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Bala Kolatan kəndində gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə inşa olunmuş futbol stadionuna baxış keçirib.

Rayon rəhbəri stadionda yaradılmış şəraitlə tanış olub, görülən işləri yüksək qiymətləndirərək bildirib ki, bu cür layihələr gənclərin sağlam həyat tərzinin təşviqinə, idmana marağının artırılmasına və onların asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verir.

Məlumat verilib ki, stadionun inşası üçün Kolatan Bələdiyyəsi tərəfindən 0,70 hektar torpaq sahəsi ayrılıb və 1 500 manat məbləğində maliyyə dəstəyi göstərilib. Layihənin həyata keçirilməsi üçün kənd sakinləri və xeyriyyəçilər tərəfindən ümumilikdə 15 000 manat vəsait sərf olunub.

Qeyd edilib ki, istifadəyə verilmiş stadion kənd gənclərinin müasir şəraitdə idmanla məşğul olması, həmçinin müxtəlif idman yarışlarının və tədbirlərin keçirilməsi üçün əlverişli imkanlar yaradır.

Rayon İcra Hakimiyyətinin başçısı layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və gələcəkdə də gənclərin idmanla məşğul olması üçün belə təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Keçidlər