Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Səmədxanlı ərazisində inzibati binanın tikintisi ilə tanış olub

24 dekabr 2025 | 16:43

24 dekabr 2025-ci il tarixində Birinci Səmədxanlı ərazisinin Alışanlı kəndində keçirilmiş vətəndaş qəbulundan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov,  başçının Birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, ərazi nümayəndəsi və bələdiyyə sədri Birinci Səmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyi üçün yeni inşa olunan inzibati binanın tikintisinə yerində baxış keçirmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tikinti davam edən ərazidə işlərin təşkili ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar vermiş, layihənin keyfiyyətli və qısa müddətdə icra olunmasının vacibliyini qeyd etmişdir.

Müvafiq qurumların nümayəndələri rayon rəhbərinə binanın funksionallığı, vətəndaş məmnunluğuna xidmət edəcək imkanlar və tikinti işlərinin icra planı barədə məlumat verərək qeyd etmişlər ki, yeni inzibati bina kənd sakinlərinə göstərilən xidmətlərin səmərəli təşkili, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması və yerli infrastrukturun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.

Keçidlər