Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Birinci Tiyaqanı və Məmmədoba kəndlərində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirmişdir

16 oktyabr 2025 | 17:14

Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmaqdadır.

Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maddi dəstəyi ilə Birinci Tiyaqanı kəndində 700 metr və Məmmədoba kəndində 120 metr məsafədə kənddaxili küçəyə asfalt örtüyü döşənmişdir.

16 oktyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri ilə birlikdə Birinci Tiyaqanı və Məmmədoba kəndlərində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirilmiş və görülən işlərlə yerində tanış olmuşlar.

Masallı Rayon İcra Hakimiyyəti başçısının Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi rayon rəhbərinə görülmüş işlərlə bağlı geniş məlumat vermişdir.

Qeyd edirik ki, Masallı rayonunda kənddaxili küçələrin təmir edilməsi mütəmadi olaraq həyata keçirilir.

Keçidlər