Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
01 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyi və bələdiyyə əməkdaşlarının iştirakı ilə rayonun Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə yerində tanış olublar.
Ərazidə aparılan işlər çərçivəsində kanalların məişət və digər tullantılardan, lil və kol-kosdan təmizlənməsi, suötürücülük qabiliyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
Rayon rəhbəri görülən işlərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib, kanalların mütəmadi olaraq təmizlənməsinin və ərazidə sanitariya vəziyyətinin diqqətdə saxlanılmasının vacibliyini bildirib.
Qeyd edək ki, rayon ərazisində su təsərrüfatı və meliorasiya infrastrukturunun vəziyyətinin yaxşılaşdırılması, kanalların təmizlənməsi və əhalinin qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.






