Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
01 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və başçının birinci müavini Tohid Hüseynov Hişkədərə-Mahmudavar avtomobil yolunda aparılan asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olublar.
Ərazidə aparılan işlər barədə rayon rəhbərinə məlumat verilib. Bildirilib ki, yolun asfalt örtüyünün yenilənməsi ərazidə nəqliyyatın hərəkətinin rahat və təhlükəsiz təşkilinə, eləcə də yol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.
Rayon rəhbəri görülən işlərlə tanış olaraq yolun keyfiyyətlə asfaltlanmasının, işlərin texniki tələblərə uyğun və vaxtında başa çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Masallı rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin daha da əlverişli vəziyyətə gətirilməsi və əhalinin rahat gediş-gəlişinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.






