Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Mahmudavar kəndində əsas yola döşənmiş asfalt örtüyünə baxış keçirib

29 sentyabr 2026 | 16:02

29 sentyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, həmçinin ərazi nümayəndəliyinin və bələdiyyənin rəhbər şəxsləri ilə birlikdə rayonun Mahmudavar kəndində görülmüş abadlıq və yol-infrastruktur işlərinə baxış keçiriblər.

Baxış zamanı kəndin mərkəzi yoluna paralel yerləşən əsas yola asfalt örtüyünün döşənməsi ilə bağlı görülmüş işlərlə tanışlıq olub. Görülən işlərin yolun hərəkət hissəsinin yaxşılaşdırılması, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, eləcə də kənd sakinlərinin gündəlik gediş-gəliş imkanlarının yaxşılaşdırılması baxımından əhəmiyyəti qeyd edilib.

Rayon rəhbəri yolun vəziyyəti ilə tanış olaraq görülən işlərin keyfiyyətinə diqqət yetirib, ərazidə abadlıq və infrastruktur istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib.

Mahmudavar kəndində yolun asfaltlaşdırılması sakinlərin rahatlığının təmin olunmasına və kəndin yol infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edir.

Keçidlər