Rayon rəhbəri Mahmudavar, Türkoba, Tüklə və Hişkədərə ərazilərində
02 avqust 2022 | 19:22
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 iyul 2022-ci il tarixli Sərəncamı ilə Masallı rayonuna İcra Hakimiyyətinin başçısı təyin edilmiş Araz Süleyman oğlu Əhmədov ərazilərdə əhalinin vəziyyəti ilə tanış olur, şəhid məzarlarını ziyarət edir, vətəndaşların mürtaciətlərini dinləyir, problemləri ilə maraqlanır.
Görüşlərdə Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin onu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul zamanı tarixi nitqini görüşdə xüsusi vurğulamışdır.
Kənd ərazi nimayəndəliyinin binasının qarşısındakı bağda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən cənab Araz Əhmədov bura gül dəstəsi qoymuşdur. Sonra icra başçısı kənd qəbiristanında olmuş, burada Birinci və İkinci Qarabağ şəhidlərinin, Ulu Öndərin silahdaşı və Masallıda YAP-ın ilk təşkilatını yaradan Şirvan Əbilovun məzarını ziyarət edib, tər qərənfillər düzmüşdür. Rayon rəhbəri ağsaqqalların istirahət guşəsində ağsaqqal, Şəhid valideynləri, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir.
Çıxış edən sakinlər A.Əhmədova yeni vəzifəsində uğurlar diləmiş, bəzi problemlərin həllindən kömək göstərməsini və tez həll olunmaslını xahiş etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Türkoba, Hişkədərə, Tüklə ərazilərinin kəndlərində də olmuş, vətəndaşlarla görüşmüş, şəhid məzarlarını, abidə komplekslərini ziyarət edərək, tər qərənfillər düzmüşdür. Bu ərazilərin vətəndaşları ilə görüş zamanı sakinlər şəxsi və kəndin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərməsini xahiş etmişlər. İcra başçısı Türkoba ərazisində olarkən nümayəndəliyin binasındakı vəziyyətə baxmış, Qəzvinoba kəndindəki məktəbin qəzalı vəziyyətdə olan binası ilə tanış olmuşdur. Cənab başçı sakinləri, məktəbin pedaqoji kollektivini əmin etmişdir ki, burada tezliklə yeni məktəb binası ünvan tapacaqdır.
Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.