Rayon rəhbəri Masallı şəhər ərazisində
27 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov şəhər ərazisinin sakinləri ilə görüşmüşdür.
Çay süfrəsi arxasında keçən görüşdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, baş məsləhətçi Vəli Muxtarov, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.
Şəhər ərazisində görüş Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlanılmışdır.
Rayon rəhbəri və görüş iştirakçıları ərazidə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarları önünə də gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar.
Sakinlərlə görüşdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.
Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir.
Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşü yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.