Rayon rəhbəri Masallı şəhərində şəhid ailələrini ziyarət etmişdir
Masallı rayonunda şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Belə ki, Vətən Müharibəsi şəhidlərinin anım günü ərəfəsində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Qarabəy Nəsirov və Masallı şəhər Cümə məscidinin axundu Məftun Hüseynov Masallı şəhərində yaşayan şəhid ailələrini ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışlar. Eyni zamanda şəhid ailələri qəhrəman şəhid övladları ilə bağlı xatirələrini qonaqlarla bölüşmüşlər.
Ziyarət olunan şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Kamandan Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə ediblər.