Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Molalan kəndinə səfəri çərçivəsində şəhid məzarlarını ziyarət edib

07 iyul 2026 | 21:00

07 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Molalan kəndinə səfəri çərçivəsində şəhid məzarlarını ziyarət edib.

Ziyarətdə rayon rəhbəri ilə yanaşı, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini Adəm Məhərrəmov, aparatın sektor müdirləri Nahid Həsənov, Qəşəm Hadıyev, 47 saylı Yol İstismarı MMC-nin direktoru Mahmud Bağırov, Mahmudavar kənd ərazi nümayəndəliyi, Mahmudavar bələdiyyəsi, şəhid ailələri və kənd sakinləri iştirak etmişlər.

Şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Qeyd olunub ki, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması dövlətimizin və cəmiyyətimizin mənəvi borcudur.

Keçidlər