Rayon rəhbəri Musaküçə kəndində həsir toxuma mərkəzini ziyarət edib
28 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Musaküçə kəndində fəaliyyət göstərən həsir toxuma mərkəzini ziyarət edib.
Ziyarət zamanı rayon rəhbəri mərkəzdə çalışan sənətkarlarla görüşərək onların fəaliyyəti, əmək şəraiti və gündəlik qayğıları ilə maraqlanıb. Görüşdə milli sənətkarlıq ənənələrinin yaşadılması, həsir toxuculuğunun inkişaf etdirilməsi və bu sahədə çalışan insanların əməyinin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
Mərkəzin əməkdaşları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edərək fəaliyyətlərini daha da inkişaf etdirmək üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən həsir toxuma mərkəzinin əməkdaşlarına müxtəlif məişət avadanlıqları hədiyyə olunub.
Ziyarət xatirə şəkli çəkdirilməsi ilə başa çatıb.






