Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
01 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyi və bələdiyyə əməkdaşlarının iştirakı ilə Ninəlov kəndində daxili yolların cari təmiri işləri ilə tanış olublar.
Aparılan cari təmir işləri çərçivəsində kənddaxili yolların vəziyyəti nəzərdən keçirilib, yol örtüyünün yaxşılaşdırılması və hərəkətin rahatlığının təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verilib.
Rayon rəhbəri işlərin keyfiyyətlə və müəyyən edilmiş tələblərə uyğun şəkildə aparılmasının, kənd sakinlərinin rahat gediş-gəlişinin təmin olunmasının vacibliyini bildirib.
Qeyd edək ki, kənd və yaşayış məntəqələrində daxili yolların vəziyyətinin yaxşılaşdırılması, yol infrastrukturunun yenilənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Rayon rəhbəriliyi sonda kənd sakinləri ilə çay süfrəsi arxasında səmimi söhbət aparmışlar.






