Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Qəzvinoba kəndində bərpa olunan körpüyə yerində baxış keçirib

29 sentyabr 2026 | 16:01

29 sentyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, həmçinin ərazi nümayəndəliyinin və bələdiyyənin rəhbər şəxsləri ilə birlikdə rayonun Türkoba ərazisinin Qəzvinoba kəndində olublar.

Səfər zamanı Qəzvinoba kəndində iki məhəlləni birləşdirən və uzun müddət qəzalı vəziyyətdə olan körpüyə baxış keçirilib. Körpünün bərpasından sonra mövcud vəziyyəti yerində qiymətləndirilib, görülən işlərin keyfiyyəti və ərazidə hərəkətin təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət yetirilib.

Bildirilib ki, körpünün bərpası kənd sakinlərinin iki məhəllə arasında rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görülən işlər nəticəsində əvvəllər qəzalı vəziyyətdə olan keçidin istifadəsi ilə bağlı yaranan çətinliklərin aradan qaldırılması və əhalinin gediş-gəlişinin yaxşılaşdırılması təmin olunub.

Rayon rəhbəri ərazidə görülən işlərlə bağlı aidiyyəti şəxslərlə fikir mübadiləsi aparıb, körpünün və ona bitişik ərazinin vəziyyətinin diqqətdə saxlanılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Keçidlər