Rayon rəhbəri Sığdaş ərazisinin Xanalıyan kəndində təmirə başlanılan mərasim evinə baxış keçirib
11 mart 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xeyriyyəçilərin təşəbbüsü və maliyyə dəstəyi ilə tikintisi aparılan mərasim evində görülən işlərlə yerində tanış olub.
Baxış zamanı Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdirinin müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Zamin Kazımov, ərazi nümayəndəsi, bələdiyyə sədri, media nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri tikintinin qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






