Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
30 may 2025-ci il tarixdə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Yap Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, aparatın əməkdaşı Zamin Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də media nümayəndələri şəhər ərazisində yerləşən dövlət, özəl məktəbəqədər təhsil müəssisələri və “Günərzi” Qayğı Mərkəzindəki uşaqları ziyarət etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı uşaqları əlamətdar gün münasibəti ilə təbrik etmiş, uşaqların vətənpərvər ruhda böyüməsi və hüquqlarının qorunmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək məktəbəqədər təhsil müəssisələrinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı uşaqların hazırladığı musiqili-əyləncəli çıxışlara baxılmış və onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.
Məktəbəqədər təhsil müəssisələrinin kollektivi onlara göstərilmiş diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlığını ifadə etmişlər.