Rayon rəhbəri Vətən Müharibəsi iştirakçısı Tofiq Babayevi ziyarət edib
06 noyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Vətən Müharibəsi iştirakçısı Tofiq Babayevi səhəti ilə əlaqədar ziyarət edib.
Görüşdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz əhmədov və aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev iştirak edib.
Görüş zamanı rayon rəhbəri Müharibə iştirakçısının səhəti, qayğı və problemləri ilə maraqlanılıb, müraciəti dinlənilib, Müharibə iştirakçılarına göstərilən dövlətin diqqət və qayğısının daim davam etdirildiyi vurğulanıb.
Müharibə iştirakçısı T.Babayev onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və görüşdə iştirak edən qonaqlara minnətdarlıqlarını bildiriblər.






