Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Sənan Səlimovun ailəsini ziyarət edib

05 noyabr 2026 | 17:42

05 noyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Vətən Müharibəsi şəhidi Sənan Nasif oğlu Səlimovun ailəsini ziyarət edib.

Görüşdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, eləcə də Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Təzə Alvadı bələdiyyəsinin nümayəndələri iştirakı ediblər.

Görüş zamanı ailənin qayğı və problemləri ilə maraqlanılıb, onların müraciətləri dinlənilib, şəhid ailələrinə göstərilən dövlət diqqət və qayğısının daim davam etdirildiyi vurğulanıb.

Qeyd olunub ki, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, onların ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və görüşdə iştirak edən qonaqlara minnətdarlıqlarını bildiriblər.

Keçidlər