Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin 14 iyul 2023-cü il tarixdə növbəti vətəndaş qəbulu

14 iyul 2023 | 16:22

14 iyul 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir.

Qəbulda rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.

Növbəti qəbulda müxtəlif ərazilərindən ümumilikdə 35 nəfərə yaxın vətəndaş müraciət etmişdir.

Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

Keçidlər