Rayon rəhbərinin Qızılağac kəndində keçirilən səyyar-görüş qəbulu
15 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Qızılağac kəndində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.
İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Vəli Muxtarov 4 avqust 2022-ci il tarixdə Qızılağac kəndi ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat vermişdir.
Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Məlikov Əzizağa Məmmədağa oğlu, Abbasov Zakir Ramazan oğlu, Əliyev Tofiq Sabir oğlu, Abbasov Zaman Fazil oğlu, Məcidli Yasəmən və Firuzə Tərlan qızı bacıları və başqaları kəndi ərazisində elektrik təsərrüfatının SİP kabelləşmənin davam etdirilməsi, məktəbə və uşaq bağçasına gedən yola tramplin və yol nişanlarının vurulması, tərəvəz məhsullarının emalı üçün müəssisənin yaradılması, kəndin içməli su ilə təminatı, gənc idmançıların, xüsusən qızların beynəlxalq yarışlara, dünya və Avropa çempionatlarına göndərilməsinin təşkili və digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıq bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.