Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbərinin Öncəqala ərazisində vətəndaşlarla görüşü

16 noyabr 2022 | 17:44

16 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Öncəqala ərazisi, Hüseynhacılı kəndində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 8 avqust 2022-ci il tarixdə Öncəqala ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat vermişdir.

Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Məmmədov Rafiq Pənalı oğlu, Məmmədov Həsənxan Məmməd oğlu, Babayev Rafis Yusif oğlu və ərazinin digər sakinləri ərazinin SİP kabelləşməsi, asfalt örtüyü döşənmiş Öncəqala-Hüseynhacılı yoluna yol hərəkəti nişanlarının vurulması, ərazinin içməli su ilə təminatı və digər sosial məsələlər barədə müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.

Sonda Araz Əhmədov Hüseynhacılı kənd sakini Mərkiz Qulam qızı Cahangirovanın onun xahişi ilə evində olmuş, yaşayış şəraiti ilə maraqlanmışdır. 

İcra başçısı aidiyyatı təşkilat rəhbərlərinə tək yaşayan Mərkiz Cahangirova ilə bağlı müvafiq göstərişlər verdi.

Keçidlər