Rayonun Hişkədərə kəndində Ağsaqqallar evinin təməli qoyuldu
11 sentyabr 2024-cü il tarixdə Masallı rayonunun Hişkədərə kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Hişkədərə kəndinin xeyriyyəçilərinin dəstəyi ilə Ağsaqqallar evinin təməlqoyma mərasimi təşkil olunmuşdur.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, Hüquq mühafizə, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcədə kənd ağsaqqalları və ziyalılar iştirak etmişlər.
Təməlqoyma mərasimində çıxış edən rayon rəhbəri yaşlı nəslin asudə vaxtının səmərəli keçirilməsi üçün yaradılacaq şəraitlə bağlı təşəbbüsə dəstək olan hər kəsə təşəkkürünü bildirmiş və kənd ağsaqqalları ilə birlikdə işə start verilmədə iştirak etmişdir.
Kənd ağsaqqalları və ziyalılar onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.