Rayonun Hişkədərə kəndində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası
08 aprel 2025 | 14:30
Masallı rayonu ərazisində “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyaları mütəmadi olaraq davam etdirilir.
Belə ki, rayonun Hişkədərə kəndində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, şəhid ailələri, ziyalılar, din xadimləri və ictimaiyyat nümayəndələri iştirak etmişlər.
Aksiya çərçivəsində Hişkədərə kəndində 400 ədəd meşə ağacı əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir.