Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Hişkədərə kəndində şəhid Zaur Hüseynovun şəhadətinin 6-cı ildönümü anıldı

27 sentyabr 2026 | 12:11

27 sentyabr 2026-cı il tarixində Masallı rayonunun Hiskədərə kəndində şəhid Leytenant Hüseynov Zaur Vaqif oğlunun 6-cı ildönümü anılmışdır.

Şəhidin Zaur Hüseynovun şəhadətə yüksəlməyinin 6-cı ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının  Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov, sektorun Böyük məsləhətçisi Sinan Abbaslı, məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyi, bələdiyyə,  din xadimləri və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Zaur Hüseynov 2020-ci il sentyabr ayının 27-də Füzuli döyüşləri zamanı şəhid olmuş və Masallı rayonun Hiskədərə kəndində dəfn olunmuşdur.

Keçidlər